Ucnoqta.az
www.ucnoqta.az

Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı <font color=red><b>DİN-dən açıqlama</b></font>

12:41 - 14 Yanvar 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi (DİN) canlı yayımda MAXE-ləri təhqir edən prodüser Tarix Əliyev (Tolik) barəsində məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, Tarix Əliyev özü canlı yayımdakı fikirləri ilə bağlı izah verib: "Tarix Əliyev sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".

Qeyd edək ki, Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir etmişdi. “Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur: “MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.

Müəllif: