Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə çalışan SOCAR əməkdaşları təxliyə olundu

10:50 - 14 Yanvar 2022 tarixində dərc olunub.

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, dənizdə çalışan 82 əməkdaşımız təxliyə olunub:

“Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

Müəllif: