Ucnoqta.az
www.ucnoqta.az

“Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - <font color=red><b>Araşdırma başladı - VİDEO - (YENİLƏNİB) </b></font>

17:47 - 11 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü barədə araşdırma aparılır. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

16:58

Sosial şəbəkədə “Gelandewagen” sürücüsünün aztəminatlı şəxsləri təhqir etməsi görüntüləri yayılıb.

Ucnoqta.az xəbər verir ki, avtomobili yüksək sürətlə idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edərək deyir: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmçinin sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi də görünür.

Müəllif: