Ucnoqta.az
www.ucnoqta.az

İcra başçısı özünə yeni müavin təyin etdi

21:46 - 3 Dekabr 2021 tarixində dərc olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Bu barədə rayon icra başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Xudaverdiyev Qalib Firudin oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əvvəlki müavin Mansur Məmmədov təxminən 2 həftə əvvəl vəzifəsindən azad edilib.///report

Müəllif: