Ucnoqta.az
www.ucnoqta.az

Elman Rüstəmov bu vəzifəsindən <font color=red><b>azad edildi - Yeni TƏYİNAT</b></font>

12:33 - 26 Noyabr 2021 tarixində dərc olunub.

Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının iclası keçirilib.

AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib.

O, bu postda 2007-ci ildən çalışan Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

Müəllif: