Ucnoqta.az
www.ucnoqta.az

Azad edilmiş ərazilərdə müasir sosial xidmətlər infrastrukturu qurulacaq -<font color=red><b> Nazir müavini</b></font>

18:48 - 24 Noyabr 2021 tarixində dərc olunub.

İşğaldan azad edilmiş ərazilərdə müasir sosial xidmət infrastrukturunun qurulması, reabilitasiya, peşə hazırlığı müəssisələrinin yaradılması təmin ediləcək.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin ərazilərdə məşğulluğun təmin olunması və kiçik bizneslərin yaradılması üçün geniş özünüməşğulluq proqramları icra olunacaq.

"Nazirliyimiz post-müharibə dövründə çox ciddi sosial dəstək proqramları həyata keçirib. Bu proqramlar şəhid ailələrini, müharibə əllilərini, müharibə iştirakçılarını, erməni terrorundan əziyyət çəkən insanları əhatə edir. Post-müharibə dövründən bu günə qədər qeyd etdiyim kateqoriyadan olan 33 min vətəndaşımıza 41 mindən artıq xidmət göstərilib. Şəhid ailələrinə, müharibə əlillərinə sosial dəstəkdən danışarkən ilk növbədə qarşıda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dayanır” - deyə, nazir müavini bildirib.///trend

Müəllif: