Ucnoqta.az
www.ucnoqta.az

Bəy və gəlinə <font color=red><b>TƏKƏR</b></font> hədiyyə etdilər -<font color=red><b> VİDEO</b></font>

21:33 - 26 Oktyabr 2021 tarixində dərc olunub.

Türkiyədə bəy və gəlinə qeyri-adi hədiyyə verilib.

Seher və Nihat adlı cütlüyə toyları zamanı dostları Yasin və İbrahim tərəfindən qızıl əvəzinə təkər təqdim edilib. 

Belə ki, servis sürücüsü olan bəyə dostları mikroavtobus təkərini bəzəyərək hədiyyə ediblər.

Dostlarının hədiyyəsinə təəccüblənən bəy “Bizim üçün sürpriz oldu. Mən şok oldum, onlara təşəkkür edirəm" sözlərini deyib. 

Cütlüyə avtomobil təkəri hədiyyə edən sex müdiri İbrahim isə “Dostumuza qızıldan daha dəyərli olan öz avtomobilinin təkərini toy hədiyyəsi olaraq verməyi düşündük. Allah xoşbəxt etsin, xeyirli olsun” sözlərini işlədib.

Qeyd edək ki, qeyri-adi olan hədiyyə həm bəylə gəlinin, həm də qonaqların gülüşünə səbəb olub.


​///lent.az

Müəllif: