Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi - <font color=red><b>FOTO</b></font>

20:25 - 18 Oktyabr 2021 tarixində dərc olunub.

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Polis şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə, Göyçay Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis şöbəsinin rəisi təyin edilib.

Hələlik Göyçay Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.///unikal.org

Müəllif: