Ucnoqta.az
www.ucnoqta.az

Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

00:29 - 14 Oktyabr 2021 tarixində dərc olunub.

"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Müəllif: