Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı - <font color=red><b>FOTO</b></font>

18:44 - 13 Oktyabr 2021 tarixində dərc olunub.

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

 

Müəllif: