Ucnoqta.az
www.ucnoqta.az

Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche” ilə “avtoş”luq etdi - <font color=red><b>VİDEO</b></font>

12:49 - 22 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb. 

Ucnoqta.az xəbər verir ki, 99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

Avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.  

Müəllif: