Ucnoqta.az
www.ucnoqta.az

Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxub, vəziyyəti ağırdır

17:24 - 14 Sentyabr 2021 tarixində dərc olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub. 

Ucnoqta.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.

İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. O, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.

Məlumatı Oxu.Az-a onun vəkili təsdiq edib.

 

Müəllif: