Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 8 aya 3200 yol nişanı quraşdırılıb

13:55 - 14 Sentyabr 2021 tarixində dərc olunub.

Bu ilin 8 ayı ərzində Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə küçə və prospektlərdə 3200 yol nişanı quraşdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, həmçinin hesabat dövründə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin edilib.

Ümumilikdə yol nişanları ilə bağlı illik hədəfin 57 faizi təmin edilib.///trend

Müəllif: