Ucnoqta.az
www.ucnoqta.az

Son sutkada koronaya yoluxanların sayı <font color=red><b>KƏSKİN AZALDI</b></font>

15:34 - 13 Sentyabr 2021 tarixində dərc olunub.

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada nəfər 31 nəfər COVID-19-dan dünyasını dəyişib.

Azərbaycanda indiyədək ümumilikdə 461 249 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib, aktiv xəstə sayı 42 646 nəfərdir.

Ölkədə son sutka ərzində 8 123, hazırkı dövrədək isə 4 661 119 test aparılıb.

Müəllif: