Ucnoqta.az
www.ucnoqta.az

"Bu ilin 8 ayında qeyri-neft sektorunun ixracı 37% artıb" - <font color=red><b>Mikayıl Cabbarov</b></font>

12:17 - 6 Sentyabr 2021 tarixində dərc olunub.

Azərbaycanda 2021-ci ilin səkkiz ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. ABŞ dollarından çox olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.
Nazir qeyd edib ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. Onun sözlərinə görə, 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 mlrd. ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

Müəllif: