Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə daha 59 nəfər öldü

22:07 - 18 İyun 2021 tarixində dərc olunub.
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Publika.az Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu gün 59 nəfər koronavirusun qurbanı olub. 224 min 128 COVID-19 testi aparılıb ki, bunun da 5 min 575-i müsbət çıxıb. Ağır xəstə sayı 856-dır.
Müəllif: