Ucnoqta.az
www.ucnoqta.az

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu - <font color=red><b>Foto</b></font>

16:23 - 21 May 2021 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub. 

Nazirlikdən Ucnoqta.az-a bildirilib ki, mənzillərin sənədlərini qurumun tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov təqdim edib.

Bildirilib ki, bu il ərzində 3 000-dək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9 670 mənzil və fərdi ev verilib.

Müəllif: