Masallının qəhrəman şəhidi Anar Novruzov haqqında film çəkilib
Ucnoqta.az xəbər verir ki, filmdə şəhid mayorumuz Anar Novruzovun ailəsi, yaxınları, hərbiçi yoldaşları və silahdaşları, dostları, sinif yoldaşları, birlikdə şəhidlik zirvəsinə ucalmış döyüş yoldaşlarının valideynləri, millət vəkilləri , tanınmış ziyalılar çəkilmişdir. Filmdə Anar Novruzovun həyatından, keçdiyi döyüş yolundan və şəhidlik zirvəsinə necə yüksəldiyindən bəhs edilir. Filmin rejissoru və ssenari müəllifi jurnalist Mərhəmət Lələyev, video və montajı Nurşad Bayramov, fotoqrafı isə Rəşad Fərəcovdur.
Qeyd edək ki,çəkilişi 3 aydır davam edən film 2 gün öncə tam hazır şəkildə şəhidimizin qardaşı Sucəddin Novruzova təhvil verilib.
Film , şəhid Anar Novruzovun qardaşı, beynəlxalq dərəcəli auditor Sucəddin Novruzovun təşəbbüsü ilə “Masallınınsəsi” azad media qurumunun rəhbəri Mərhəmət Lələyevin və Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə hazırlanmışdır.
Filmin təqdimatı şəhidimizin doğum günündə yəni, 12 may 2021-ci il tarixinə nəzərdə tutulub. Daha sonra film, Masallı rayon Heydər Əliyev mərkəzində, Masallı “ASAN” kino klubunda , Rayon Mədəniyyət Mərkəzində pandemiya qaydalarında uyğun olaraq ictimaiyyətə və rayon gənclərinə, eləcədə televiziya ekranlarında , youtube və sosial media üzərindən təqdim ediləcəkdir.
Şəhidimizin qardaşı Sucəddin Novruzov bildirib ki , ”həqiqətən bu qürurverici hissdir ki, qardaşım Anarın 45 illiyinə həsr olunmuş, rayonumuzun gənc jurnalisti, rejissoru film hazırlamışdır. Çəkilən filmə görə ailəmiz adından Mərhəmət Lələyevə başda olmaqla onun kollektivinə öz dərin minnətdarlığımı bildirirəm. Onuda qeyd edim ki, qardaşım Anarın 45 illiyinə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə-publisist Güləmail Muradın (İsayeva) “Akula ləqəbli kəşfiyyatçı” kitabı da hazırlanmışdır.Biz hazırda Anarın cənnətdəki ilk doğum gününə hazırlıq işləri görürük.Pandemiya qaydalarına uyğun olaraq məktəblilərin hazırladıqları kompozisiyalar, çəkilən filmi və kitabla tanışlıq Anarın doğum günündə olacaq. “