Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda avtomobil divara çırpılıb, <font color=red><b>sürücü ağır xəsarət alıb - Foto</b></font>

00:29 - 9 Aprel 2021 tarixində dərc olunub.

Axşam saatlarında Şirvanda köhnə şəhər massivində yol qəzası qeydə alınıb. 

“VAZ 21015” markalı avtomobili idarə edən Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynzadə Abbas İmran oğlu idarəetməni itirərək avtomobili divar çırpıb.

Nəticədə sürücü kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: