Ucnoqta.az
www.ucnoqta.az

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Azərbaycana gəlib

23:57 - 8 Aprel 2021 tarixində dərc olunub.

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Azərbaycana gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə V.Bozkır özünün "Twitter" səhifəsində yazıb.
Sədr bildirib: "Qətərə rəsmi səfərim başa çatdıqdan sonra biz Bakıya gəldik". V.Bozkır bildirib ki, Bakıda o Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Müəllif: