Ucnoqta.az
www.ucnoqta.az

Rusiya qətldə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib

16:40 - 8 Aprel 2021 tarixində dərc olunub.

Rusiya hüquq-mühafizə orqanları 40 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1981-ci il təvəllüdlü Rahim Xəlilov muzdla qətl törətməkdə (zorakılıq, soyğunçuluq və ya banditizmlə müşayiət olunan) təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün İnterpola müraciət olunub.///Apa

Müəllif: