Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 12 yaşlı uşağı maşın vurub

18:23 - 8 Mart 2021 tarixində dərc olunub.

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əli Nəzmi küçəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü Əhmədov Abdulla Röyal oğlu yolu keçmək istəyən zaman maşın vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerimə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: