Ucnoqta.az
www.ucnoqta.az

Yoluxma sayı 500-ü ötsə... - <font color=red><b>AÇIQLAMA</b></font>

21:51 - 7 Mart 2021 tarixində dərc olunub.

Koronavirusa gündəlik yoluxma sayı 500 nəfəri keçərsə, bu, həyəcan təbili çalınmasına işarədir.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.
Hazırkı vəziyyətin kritik olmadığını qeyd edən həkim gündəlik göstəricilərin 500-ü keçəcəyi təqdirdə aidiyyəti qurumların karantinin sərtləşməsi barədə qərar qəbul edəcəyini bildirib.

İ.Mirizadə bayram günlərində yoluxma sayında çoxalma ehtimalı olacağı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın mart ayındakı qeyri-iş günlərində də müəyyən qadağalar tətbiq edə biləcəyini qeyd edib.

Həmçinin İ.Mirizadə hələlik vaksin olunan şəxslərin sayı az olması səbəbindən bunun yoluxma sayına ciddi təsir etmədiyini bildirib:
“Hazırda peyvənd olunanların sayı əhalinin 3.5-4 faizini təşkil edir. Bu rəqəmlərin yoluxmanın qarşısının alınmasında ciddi təsir edəcəyini düşünmürəm. Növbəti aylarda vaksinasiya prosesinin daha da güclənəcəyi və bunun effektini də görəcəyimizi düşünürəm”.///axar.az

Müəllif: