Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İlham Əliyev dövlət proqramları ilə bağlı Fərman imzalayıb</b></font>

13:34 - 6 Mart 2021 tarixində dərc olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi prosesini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Müəllif: