Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

12:19 - 6 Mart 2021 tarixində dərc olunub.

Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Müəllif: