Ucnoqta.az
www.ucnoqta.az

Dollara tələb azalıb- <font color=red><b>Növbəti hərrac keçirilib</b></font>

12:34 - 4 Mart 2021 tarixində dərc olunub.

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 44,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 mart 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 25,4% və ya 15 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: