Ucnoqta.az
www.ucnoqta.az

Bakıda üçmərtəbəli ev yanıb- <font color=red><b>Ölən var</b></font>

11:47 - 4 Mart 2021 tarixində dərc olunub.

Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olub. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: