Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 10 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçıb

11:22 - 4 Mart 2021 tarixində dərc olunub.

Bakıda avtomobil 10 yaşlı qızı vurub.

Hadisə Bakı-Şamaxı yolunun Çiçək qəsəbəsi hissəsindən keçən ərazisində qeydə alınıb.
Məlumata görə, avtomobil yolu keçən 10 yaşlı Fatimə Ağarzazadəni vuraraq ərazidən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Hazırda 10 yaşlı qızı vurub qaçan sürücü axtarılır.///report

Müəllif: