Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Dəhşətli yol qəzası:</b></font> 9 futbolçu və bir məşqçi həlak oldu

22:21 - 3 Mart 2021 tarixində dərc olunub.

Sierra Leonedə dəhşətli yol qəzası baş verib.

Ucnoqta.az fanat.az-a istinadla xəbər verir ki, hadisə Bombali bölgəsində qeydə alınıb. Batkanu şəhərindən Makeniyə qayıdan "Makkari" futbol komandasını daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə komandanın 9 futbolçusu və 1 məşqçisi yol həlak olub. 20-dən çox futbolçu isə xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.

FIFA və qurumun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Müəllif: