Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda 42 yaşlı piyadanı maşın vurub

21:34 - 3 Mart 2021 tarixində dərc olunub.

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndin ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 1959-cu il təvəllüdlü Araz İsfəndiyar oğlu Həşimov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi, 1979-cü il təvəllüdlü Pərvin Sabir oğlu İbrahimxəlilovu vurub.

Xəsarət alan 42 yaşlı P. İbrahimxəlilov Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: