Ucnoqta.az
www.ucnoqta.az

İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara <font color=red><b>CAVAB</b></font>

17:20 - 3 Mart 2021 tarixində dərc olunub.

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərin bağlanması qərarını biz vermirik:
“Bu yoluxmadan asılı ola biləcək bir məsələdir”.

O qeyd edib ki, hər kəs karantin qaydalarına riayət etməlidir:
“Karantin rejiminin müvəqqəti qaydaları var. Təhsil müəssisələrində tədris prosesi bu qaydalara uyğun olaraq təşkil olunur. Mütəmadi olaraq monitorinqlər keçirilir, demək olar ki, qaydalara tam şəkildə riayət edilir”.

Müəllif: