Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan telekanalları və radiolarına <font color=red><b>QADAĞA</b></font>

12:39 - 2 Mart 2021 tarixində dərc olunub.
Azərbaycan telekanalları və radioları bu il keçiriləcək “Formula-1” üçün media akkreditasiyasından keçə bilməyəcək. Oxu.Az-ın xəbərinə görə, buna səbəb yarışın pandemiya şəraitində keçirilməsidir. Qeyd edək ki, yalnız media akkreditasiyasından yayım hüququ olan AzTV-yə (“İdman TV”) akkreditasiya veriləcək. Bundan başqa, yerli və xarici yazılı KİV nümayəndələrinin sayında da azalmalar olacaq. Burada əvvəllər “Formula-1” üçün akkreditasiya almış yerli saytlara üstünlük veriləcək. 4-6 iyun tarixlərində keçiriləcək yarış üçün təxminən 50-dən çox yerli media nümayəndəsi qeydiyyatdan keçə biləcək. Ümumilikdə isə 150-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatına icazə veriləcək. Qeyd edək ki, media akkreditasiya prosesi bugündən başlayıb və martın 20-dək davam edəcək.
Müəllif: