Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur</b></font>

00:01 - 2 Mart 2021 tarixində dərc olunub.

Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur. 

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir.

Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Müəllif: