Ucnoqta.az
www.ucnoqta.az

Hərbi qulluqçumuz minaya düşərək şəhid oldu – <font color=red><b>FOTO</b></font>

12:31 - 28 Fevral 2021 tarixində dərc olunub.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

Bu barədə “Qafqazinfo”ya Səhman Musayevin yaxınları məlumat verib. Tərxis olunmasına bir ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirir.

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.
Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

Müəllif: