Ucnoqta.az
www.ucnoqta.az

Rəmiş palataya köçürülüb

16:43 - 26 Fevral 2021 tarixində dərc olunub.

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) palataya köçürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
O bildirib ki, R. Hüseynov hazırda palatada müalicəsini davam etdirir, səhhətində əvvəlkinə nisbətən xeyli irəliləyiş var.

Qeyd edəki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Müəllif: