Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda ağac kəsən şəxs cəzalandırılıb

15:30 - 26 Fevral 2021 tarixində dərc olunub.

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Xaçmaz meşəbəyliyində 3 palıd ağacının kəsildiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı ağacların Oğuz şəhər sakini Cavanşir Abışov tərəfindən kəsildiyi və təbiətə 2 165 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi üçün Oğuz rayon Prokurorluğuna göndərilib.

Müəllif: