Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda yol qəzası olub, xəsarət alanlar var

21:20 - 24 Fevral 2021 tarixində dərc olunub.

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Abşeron rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əmirova Sevinc Məmmədrza qızı və Tağıyev Şahin Qəzənfər oğlu xəsarətlər alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı hər iki yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisəyə qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Müəllif: