Ucnoqta.az
www.ucnoqta.az

Karantini pozan tanınmış meyxanaçılar cərimələndi - <font color=red><b>Foto</b></font>

21:35 - 22 Fevral 2021 tarixində dərc olunub.

Tanınmış meyxanaçılar Rüfət Kərimov, Orxan Lökbatanlı və Mehman Əhmədli məsuliyyətə cəlb ediliblər.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin şəxslərin karantin qaydalarını pozduğu aşkar olunub.

Qeyd olunan şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 400 manat məbləğində cərimə olunublar.

 

Müəllif: