Ucnoqta.az
www.ucnoqta.az

Taksi sürücüləri gediş haqlarını artırdı -<font color=red><b>VİDEO</b></font>

10:28 - 14 Fevral 2021 tarixində dərc olunub.

Yanacağın qiymətinin artması taksilərlə rayon və şəhərlərarası sərnişindaşıma qiymətlərindən də yan keçməyib.

Ucnoqta.az Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlərdə artım müşahidə edilir. Gəncədən Bakıya və ətraf rayonlara sərnişin daşıyan taksi sürücüləri qiymətləri artırdıqlarını etiraf edirlər.

Burada qiymət artımı 50% civarındadır. İndiyədək Bakıya 1 sərnişinin 10 manata daşındığı Quba avtovağzalında da qiymətlər 15 manata yüksəlib.

Bənzər mənzərəni Lənkərandan Bakıya işləyən taksilərdə də müşahidə etmək mümkündür.

Müəllif: