Ucnoqta.az
www.ucnoqta.az

<b>“Barselona”nın 21 yaşlı forvardı 250 min avroya “Lamborghini” aldı<font color=red> - FOTO</font></b>

14:23 - 10 Fevral 2021 tarixində dərc olunub.

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Fransisko Trinkao yeni “Lamborghini Huracan EVO” alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “JM Automocion” avtodileri “Instagram”da məlumat yayıb.
Bildirilir ki, avtomobilin minimum konfiqurasiyasının qiyməti 250 min avrodur.

Diler 21 yaşlı oyunçuya təşəkkür edərək, ona maşından zövq almağı arzu edib.
Qeyd edək ki, fevralın 7-də İspaniya çempionatının 22-ci turunda “Barselona” ilə “Betis” (3:2) qarşılaşmasında, Trinkao son dəqiqələrdə qələbə topunu vurub. Bu portuqaliyalının əsas heyətdə ilk qolu olub.

Xatırladaq ki, hazırda “Barselona” 43 xala cədvəlin 2-ci pilləsində qərarlaşıb.

 

Namiq Musayev

 

Müəllif: