Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Doqquz nəqliyyat vasitəsinin iştirakı ilə qəza; </font>2-si ağır, 7 yaralı<font color=red> - FOTOLAR</font></b>

14:58 - 27 Yanvar 2021 tarixində dərc olunub.

Türkiyənin Kayseri vilayətində 9 nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Kocasinan rayonunun “Stansiya” küçəsində qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusu, 7 minik avtomobili və motosikletin iştirakı ilə baş verən zəncivari yol qəzasında 2-si ağır, olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.  

Faktla əlaqədar hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Müəllif: