Ucnoqta.az
www.ucnoqta.az

Fərman İsmayılovun nəşi Bakıya yola salınıb

09:58 - 27 Yanvar 2021 tarixində dərc olunub.
Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Azərbaycana göndərilib. Trend-in məlumatına görə, gəminin ikinci mühəndisi olan Fərman İsmayılovun nəşi səhər saatlarında Türk Hava Yolları (THY) ilə Azərbaycana yola salınıb. F. İsmayılovun nəşini daşıyan təyyarı bu gün səhər saat 07:25-də İstanbul hava limanından havaya qalxıb. Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.
Müəllif: