Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda partlayış olub- <font color=red><b>dağıntılar altından 2 nəfər çıxarılıb - VİDEO</b></font>

19:16 - 25 Yanvar 2021 tarixində dərc olunub.

Abşeron rayonunda evdə partlayış baş verib.

 Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

Partlayışdan sonra yanğın başlayıb.

1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.

Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.

Müəllif: