Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiya hərbiçisi Ermənistanda yol qəzasında dünyasını dəyişdi<font color=red> - FOTO</font></b>

12:38 - 23 Yanvar 2021 tarixində dərc olunub.

Ermənistanda Rusiyanın hərbi qulluqçusu qəza nəticəsində dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, hadisə yanvarın 23-də gecə saatlarında Gümrü şəhərində qeydə alınıb. Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, şəhərdə yerləşən Rusiya hərbi bazasında müqavilə əsasında xidmət edən Leonid Xomyakov, idarə etdiyi “Opel” markalı şəxsi avtomobili ilə hərəkətdə olarkən, “Kamaz” markalı yük maşınına arxadan çırpılıb. Zərbənin şiddətindən minik avtomobili yanıb.

Hadisə nəticəsində hərbi qulluqçu yanaraq dünyasını dəyişib.

Leonid Xomyakovun qəza zamanı hərbi xidmətdə olmadığı, onun məzuniyyətdə olduğu bildirilib.

 

Namiq Musayev

Müəllif: