Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib

19:32 - 22 Yanvar 2021 tarixində dərc olunub.

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib.

Qətl hadisəsi rayonun Uzuntəpə kəndində baş verib. Qədirağa Mirzəyev adlı şəxs həyat yoldaşı Yəmən Mirzəyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Qətli törətməkdə şübhəli bilinən Q. Mirzəyevin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.///Apa

Müəllif: