Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

12:42 - 22 Yanvar 2021 tarixində dərc olunub.

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, İsmayıllıda rayonun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı ov tüfəngləri aşkar edilərək götürülüb. 

Müəllif: