Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün poliklinikada 52 nəfər vaksinasiya olunub -<font color=red><b> Baş həkim</b></font>

10:33 - 22 Yanvar 2021 tarixində dərc olunub.

Ayın 18-dən başlayan vaksinasiya prosesində indiyə qədər 72 nəfərə vaksin vurulub.

Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova bildirib. Onun sözlərinə görə, vaksin vurulan şəxslərin vəziyyəti tam normaldır:

"Tək ötən gün poliklinikamızda 52 nəfər vaksinasiya olunub. Bu gün səhər 09:00-dan etibarən hazırkı vaxta qədər isə 6 nəfərə vaksin vurulub".

Baş həkim əlavə edib ki, vaksinasiya olunan şəxslərin hamısı tibb işçiləridir.

Müəllif: