Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? - <font color=red><b>TƏBİB-dən açıqlama </b></font>

11:20 - 19 Yanvar 2021 tarixində dərc olunub.

TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir:

"Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər "E-TƏBİB" sistemində bloklanmış halda olacaq. Lakin 6 aydan sonra (tibbi cəhətdən qandakı anticismlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər".

 

Müəllif: