Ucnoqta.az
www.ucnoqta.az

<b>İki bacı onlardan nömrə istəyən şəxsi belə döydülər<font color=red> - VİDEO</font></b>

09:49 - 18 Yanvar 2021 tarixində dərc olunub.

Türkiyənin Adıyaman vilayətində iki bacı onlardan telefon nömrələrini istəyən şəxsi döyüblər.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, insident Gölbaşı rayonunda qeydə alınıb.

İddiaya görə, M.Y. adlı şəxs, T.K. və bacısı B.K.-dan telefon nömrəsini istəyib.

Budan qəzəblənən bacılardan biri M.Y.-nın boğazına yapışıb. Ardınca isə iki bacı kişiyə hücim edərək onu yumruq-təpiklə vurmağa başlayıblar. Şəxs isə zərbələrdən yaxa qurtarmağa çalışsa da, o, buna nail ola bilməyib. Hirsləri soyumayan bacılar onun saçından və paltarından tutaraq sürükləmək istəyiblər. Bundan sonra məhəllə sakinləri onları ayırmağa çalışarkən, döyülən oğlan bundan istifadə edərək bir iş yerinə qaçaraq qızlardan canını qurtarıb.

Davadan sonra iki bacı M.Y.-nın arxasınca nalayiq sözlər ifadə edərək hadisə yerindən uzaqlaşıblar.

 

Namiq Musayev

 

Müəllif: