Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Pakistan XİN başçıları görüşüb - <font color=red><b>FOTO</b></font>

17:19 - 13 Yanvar 2021 tarixində dərc olunub.

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

Bu barədə Pakistanın XİN başçısı “Twitter”də bildirib.

O qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, - deyə Pakistanın xarici işlər naziri vurğulayıb. ///Apa

Müəllif: